Menu

MEMARLIQ

Müasir memarlıq illər ərzində qazanılmış böyük təcrübə və biliklər toplusunu özündə təcəssüm etdirir. Bir neçə onillik bundan əvvələ qədər memarlıq sadəcə müəyyən standartların təmsil olunmasında rol oynayırdı. Hazırda isə bu sahə yaradıcı fikirlər, ən müasir materiallar və onların birgə istifadəsi ilə bağlı çoxsaylı qanunauyğunluqlarla zəngindir. Qala Qrupun memarları hər bir layihəyə individual şəkildə yanaşır. Biz ən qabaqcıl proqram təminatı və fərqli yanaşmalarla yüksək keyfiyyətə malik ev və iş yerləri yaradırıq. Biz memarlığın insan həyatındakı tarixi rolunu birdəfəlik dəyişərək, indiyədək qüvvədə olmuş bütün stereotipləri dağıdır və memarlığa olan yeni yanaşmamızla insanların həyat səviyyələrini yüksəldirik.