Menu

İNTERYER DIZAYN

Tikilinin ümumi memarlıq ansamblı ilə vəhdət təşkil edən interyer dizaynı binanın memarlıq üslubunu tamamlaması baxımından çox əhəmiyyətlidir. Müasir memarlıqda interyer dizaynın qarşısında duran əsas vəzifə eyni zamanda həm praktiki, həm də estetik həll yolları tətbiq etməklə yaradılmış ümumi bədii tərtibatın binanın abu-havası ilə harmoniyada olmasını təmin etməkdən ibarətdir. Layihələrin hazırlanması zamanı vahid memarlıq dəsti-xəttinin nümayiş etdirilməsi və layihəyə hərtərəfli yanaşmanı təmin etmək məqsədilə dizayner və memarlarımız daim öz səylərini birləşdirirlər.