Menu
11 April 2016

«QALA GROUP» İSTANBULDA KEÇİRİLƏN «CITYSCAPE» BEYNƏLXALQ SƏRGİSİNİN İŞTİRAKÇISI OLDU

Qala Qrupu 2010-cu ilin noyabrında təsis edilmiş Azərbaycanın ən məşhur və iri memarlıq və tikinti şirkətlərindən biridir. 6 ildir Qala Qrupu həm Azərbaycanda, həm də xaricdə təmsil etdiyi xidmətlərin bütün sahələrində ən yaxşı şəkildə özünü göstərməyə müvəffəq olmuşdur. Şirkət gördüyü iş fəaliyyəti, yaradıcılığı, yüksək keyfiyyət və işləri sürətlə yerinə yetirmək bacarığı ilə Azərbaycan bazarında heç bir alternativi olmadığını sübut etmişdir. Qala Qrupu Türkiyədə və BƏƏ-də nümayəndəliklərə malikdir və heyətləri BƏƏ, Türkiyə və Azərbaycanın memarlıq, tikinti və təmir sahələrində fəaliyyət göstərən mütəxəssislərindən ibarədir. Beynəlxalq təcrübə və dünya peşəkarları tərəfindən tanınması və qiymətləndirilməsi şirkətin Azərbaycan bazarında aydın şəkildə fərqləndirir və xarici uğurlar şirkətin mövqeyini daha da möhkəmləndirir. Nəhəng beynəlxalq tikinti şirkətlərinin sifarişi ilə Qala Qrupu keçən il Doha, Dubay və İstanbulda çoxlu layihələr həyata keçirmişdir. Qala Qrupu, mart ayının sonunda İstanbulda keçirilən CityScape – memarlıq, dizayn və tikinti üzrə beynəlxalq sərgisində iştirak edən Azərbaycandan olan yeganə şirkət olmuşdur. Bu fakt şirkətin xidmət sahəsində Azərbaycan bazarında müstəsna olduğunu vurğulamışdır. Qala Qrup şirkəti CityScape beynəlxalq sərgisində, həm Azərbaycanda, həm də xaricdə dizayn və memarlıq sahəsində yüksək peşəkar yaradıcı qrup tərəfindən yaradılmış işlərini təqdim etdi. Qala Qrupun sərgidə qurulmuş stendi sərgi iştirakçıları, eləcə də qonaqlar arasında böyük maraqla qarşılandı. İstanbuldakı sərgi zamanı Qala Group xarici şirkətlərin nümayəndələri ilə bir sıra uğurlu görüşlər keçirmişdir. Qeyd edək ki, CityScape sərgisi memarlıq, tikinti və dizayn sahəsində keçirilən qlobal bir tədbirdir və iştirakçıları bu sahələrdə fəaliyyət göstərən ən yaxşılardır.
Back